Türkiyənin Kocaeli vilayətinin polisi Rusiyada “qrup halında silahlı soyğunçuluq” maddəsi ilə axtarışda olan şəxsi saxlayıb.
Editor.az bildirir ki, bu barədə Türkiyənin İHA agentliyi xəbər verir. Baş hərfləri E.M olan 37 yaşlı kişi fevralın 25-də tutulub. Onun barəsində İnterpolun qırmızı bildirişi (hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxsin tutulması barədə vəsatət) verilib. Onun vətəndaşlığı və digər təfərrüatlar barədə məlumat verilmir. Həmin şəxs Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşlarına təhvil verilib və Rusiyaya ekstradisiyası planlaşdırılır.
2024-cü ilin iyulunda Türkiyə polisi rüşvət almaqda şübhəli bilinərək İnterpol xətti ilə axtarışda olan Rusiya vətəndaşını həbs edib. Həbs zamanı onun Rusiya və Türkiyə pasportları, 4 mobil telefonu, noutbuku və planşeti götürülüb.
//Samir Qurbanov, Editor.az