Rusiyalı deputat Morozov: Bayden terrora görə araşdırılmalıdırbackend

Rusiyalı deputat Morozov: Bayden terrora görə araşdırılmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim “Vahid Rusiya” partiyasının üzvü Oleq Morozov bildirib ki, Rusiya İstintaq Komitəsi ABŞ prezidenti Co Baydenə qarşı terrorizm ittihamı ilə araşdırma aparmalı və amerikalı jurnalist Seymur Herşi şahid qismində dəvət etməlidir.

Editor.az-ın məlumatına görə, rusiyalı vəkil Oleq Morozov RİA Novosti xəbər agentliyinə bildirib ki, ABŞ Konqresində “Şimal axını”na qarşı hücumları araşdırmaq üçün komissiyanın yaradılması lazım olduğunu dilə gətirən rusiyalı siyasətçi “Ümid edirəm ki, ABŞ Konqresində belə bir komissiya yaradılacaq”,- deyib.

Pulitzer mükafatlı amerikalı jurnalist Seymur Herş ABŞ Mərkəzi Kəşfiyyatının (MKİ) direktoru Uilyam Bernsin “Şimal axını” qaz kəmərlərinə hücumların əmrini verdiyini iddia edib. Herş iddia edib ki, ABŞ prezidenti Co Bayden milli təhlükəsizlik komandası ilə doqquz aydan çox davam edən gizli danışıqlardan sonra “Şimal axını”nı sabotaj etmək qərarına gəlib.

//Gülnarə Abasova, Editor.az