Dövlət Dumasının Şurası deputatların öz dairələrində yalnız Rusiya istehsalı olan avtomobillərdən istifadə etməsinə yekdilliklə səs verib. “Qərar edilib ki, gələn ildən etibarən öz dairələrində deputatlara yalnız Rusiya istehsalı olan avtomobillər veriləcək”.
Editor.az bildirir ki, bu barədə parlamentin aşağı palatasının saytında bildirilir. Dövlət Dumasının sədri Vyaçeslav Volodinin qeyd etdiyi kimi, palata artıq Moskvada rəsmi məqsədlər üçün istifadə olunan avtomobillərin dəyişdirilməsinə başlayıb.
O, bunun Rusiya avtomobil sənayesinin inkişafına kömək edəcəyini və “büdcə vəsaitlərinin ölkədə qalacağını” söyləyib. Xatırladaq ki, bundan öncə Vladimir Putin dövlət məmurları üçün xarici avtomobillərin alınmasını istisna etməyə çağırıb.
Rusiya liderinin sözlərinə görə, nazirliklər və prezident administrasiyası xaricdə istehsal olunan avtomobillərin alınmasını davam etdirməyi xahiş edir və hətta bunu vurğulayır. O, vqeyd edib ki, məmurlar daha təvazökar avtomobillərə keçsələr, heç bir dəhşətli hadisə baş verməyəcək.
//Samir Qurbanov, Editor.az

