Rusiyalı deputatlar Putinə qarşı çıxdılarbackend

Rusiyalı deputatlar Putinə qarşı çıxdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu siyasət ölkənin deqradasiyasına, tənəzzülünə və yoxsullaşmasına aparan yoldur”.

Milli.Az bildirir ki, Rusiyanın paytaxtı Moskvanın Qaqarin bələdiyyə dairəsinin Deputatlar Şurası Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

Onlar Rusiya Federasiyasının Ukraynaya yeritdiyi qoşunlarının çıxarılmasını istəyiblər.

RF Prezidentinə ünvanladıqları məktubda deputatlar Ukraynaya qoşun yeridilməsini fəlakət adlandırıblar.

“Yürüdülən siyasət yolverilməzdir, Rusiya üçün yaxşı heç nə vəd etmir. Bu siyasət ölkənin deqradasiyasına, tənəzzülünə və yoxsullaşmasına aparan yoldur. Heç bir başqa siyasət, heç bir başqa qərar Rusiya iqtisadiyyatına belə ağır, böyük zərbə vura bilməzdi”, – məktubda deyilir.