Rusiyalı diplomat: “Rusiya, Türkiyə və İran işğal olunmuş rayonların Azərbaycana qaytarılmasını müzakirə edir”backend

Rusiyalı diplomat: “Rusiya, Türkiyə və İran işğal olunmuş rayonların Azərbaycana qaytarılmasını müzakirə edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Diplomatiyanın mümkünlük sənəti olduğunu başa düşmək lazımdır.

Bunu rusiyalı hərbi ekspert, publisist, “İzborsk” klubunun (Rusiyanın xarici və daxili siyasətinin öyrənilməsində ixtisaslaşmış, tanınmış mütəxəssislər birliyi) daimi üzvü Vladislav Şurıgin bildirib.

“ATƏT-in Minsk Qrupu bəlkə də uzaq bir gələcəkdə öz rolunu oynaya bilər. Regional oyunçulara gəlincə, fikrimcə, vəziyyət onların ciddi nəzarətindədir. Münaqişə iştirakçıları – Azərbaycan və Ermənistandan danışmıram. Söhbət Rusiya, Türkiyə və İrandan gedir. İşğal olunmuş yeddi Azərbaycan rayonunun Azərbaycana qaytarılması və Dağlıq Qarabağın gələcək hansısa statusları ətrafında ciddi məsləhətləşmələr aparılır. Bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də danışıb. Bu formulla işləmək mümkündür”, – deyə o qeyd edib.

//media.az