Müvəqqəti olaraq işğal edilmiş Berdyanskda (Zaporojye vilayəti) daha bir işğalçıya “hesab” gəldi: o, şəxsi avtomobilində partladılaraq öldürüldü.
Editor.az bildirir ki, bu barədə oktyabrın 25-də Rusiyanın “Baza” teleqram kanalı məlumat yayıb. O, oktyabrın 23-də, saat 21:00 radələrində Miçurina küçəsindəki evlərin birinin yaxınlığında məhv edilib. Naməlum şəxslər rusiyalı hərbçinin idarə etdiyi avtomobilin sürücü oturacağının altına bomba yerləşdiriblər.
“İlkin məlumatlara görə, bomba hərbçinin idarə etdiyi “Kopeyka” markalı avtomobilin sürücü oturacağının altına qoyulub. Sürücü aldığı xəsarətlərdən yerindəcə ölüb”, – məlumatda deyilir. Yerli hüquq-mühafizə orqanları terrorizm və partlayıcı maddələrin saxlanması maddələri ilə cinayət işi açıb, – “Baza” yazır.
//Samir Qurbanov, Editor.az

