“Putini xəstə baxışları ilə xalqı qorxutmamaq üçün bunkerdə gizlədirlər”.
Editor.az xəbər verir ki, bu şok açıqlama ilə rusiyalı hüquq müdafiəçisi Mark Feyqin çıxış edib. Vəkil Rusiya prezidentinin Donbasa səfər edəcəyinə də inanmadığını deyib: “Xeyr, o, heç yerə getməyəcək. Ən yaxşı halda, Luqanskın yaxınlığında bir növ xəndək tikəcək və ora öyrədilmiş adamlar gətirəcəklər. Bir neçə dəqiqəlik guya onun kütlə ilə görüşdüyü səhnəsi yaradacaqlar. Heç bir şey olmayacaq, hər şey yalandır. Hərbçi anaları ilə görüşə niyə əsil anaları deyil, Kreml administrasiyasından bir neçə saxta “xala” gətirdilər? Hər yerdə saxtakarlıqdır”- Feyqin deyib.
Daha sonra o, qeyd edib ki, Zelenski həqiqətən cəbhə xəttinə gedib, Putin isə sadəcə qorxaq insandır:
“Zelenski əsgərlərin yanına gəlir, onları mükafatlandırır. Xersona gəlir, onu Xerson sakinləri, bəzi saxta adamlar deyil, şəhərin əsl sakinləri qarşılayır. Putinə bunu icazə vermirlər. İlk növbədə o, qorxaq adamdır. İkincisi, baxın: əsgərlərə nə göstərməli? Mən artıq bir neçə dəfə demişəm ki, əsl Putin səkkizinci onilliyə qədəm qoyan yaşlı, üzü qırışlı bir qocadır. Bir neçə xəstəlikdən əziyyət çəkir. İnsanları qorxutmamaq üçün onu təcrid etmək qərarına gəliblər”.
O, vurğulayıb ki, rus əsgərlərinə əsl Putini göstərmək istəmirlər, çünki onlar səngərdə ölmək həvəsini itirəcəklər.
“Putinlə görüşün effekti, yumşaq desək, şübhəli olacaq. Xüsusilə də onu çamadanlı, üstəlik, nüvə silahı olmayan şəxs müşayiət edərsə”, – hüquq müdafiəçisi deyib.
//Samir Qurbanov, Editor.az