Rusiyalı idmançı qadağan olunmuş zərbəyə görə çempionluq titulundan məhrum edildi – VİDEObackend

Rusiyalı idmançı qadağan olunmuş zərbəyə görə çempionluq titulundan məhrum edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı MMA döyüşçüsü Pyotr Yan yüngül çəki dərəcəsində UFC çemopionluğu titulundan məhrum edilib.

Buna səbəb idmançının amerikalı Alcameyn Sterlinqlə döyüşdə rəqibinə qarşı qadağan edilmiş zərbədən istifadə etməsi olub.

ABŞ-ın Las-Veqas şəhərində UFC 259 turniri çərçivəsində baş tutmuş döyüşün 4-cü raundunda rusiyalı döyüşçü dizi ilə rəqibin başına qadağan edilmiş zərbə vurduğu üçün diskvalifikasiya edilib və qələbə Sterlinqə verilib.

Qeyd edək ki, 2018-ci ildən peşəkar döyüşlərdə iştirak edən Pyotr Yan ötən ilin iyulunda çempionluq kəmərinə sahib olmuşdu. O, ümumilikdə 16 döyüş keçirib və bunların 14-də qələbə qazanıb.