Rusiyalı idmançılar 2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək?backend

Rusiyalı idmançılar 2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Skandinaviya Olimpiya, Paralimpiya komitələri və idman konfederasiyaları Ukraynadakı müharibə səbəbindən Rusiya və Belarus idmançılarının gələn il Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiadadan kənarlaşdırılması çağırışına qoşulub.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Skandinaviya ölkələri tərəfindən verilən ortaq yazılı açıqlamada qeyd olunub.

“Ukraynadakı müharibə ilə bağlı vəziyyət dəyişməyib. Buna görə də  Rusiya və Belarus idmançılarının beynəlxalq idman təşkilatlarında iştirak etməməsi istiqamətində mövqeyimizi qoruyuruq. İndi onların qayıdışı barədə düşünmək üçün doğru zaman deyil“.

Onu da qeyd edək ki, Baltikyanı üç ölkə Estoniya, Litva və Latviya da ötən həftə verdiyi bəyanatda Beynəlxalq Olimpiya Komitəsini (BOK) Ukraynadakı müharibə səbəbilə Rusiya və Belarus idmançılarını Olimpiadaya buraxmamağa çağırmışdı. BOK yanvarın 26-da elan edib ki, ruslar və belaruslar 2024-cü il Yay Olimpiya Oyunlarında “neytral idmançı” adı ilə iştirak etmək üçün yollar axtaracaq.

//Safura Bənnayeva, Editor.az