Rusiyalı jurnalist Özbəkistanda qeyri-müəyyən şəraitdə ölübbackend

Rusiyalı jurnalist Özbəkistanda qeyri-müəyyən şəraitdə ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan Baş Prokurorluğunun məlumatına görə, Daşkənddəki otellərdən birində 3 nəfər naməlum maddədən zəhərlənərək ölüb.

Departamentin aydınlaşdırdığı kimi, onların arasında rusiyalı jurnalist İnessa Papernaya və onun yoldaşı Maksim Radçenko da var. Faktla bağlı təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi başlanıb.

Özbəkistan Baş Prokurorluğunun mətbuat xidmətindən RİA Novosti-yə verilən məlumata görə, həmin otaqda Rusiya vətəndaşlarının cəsədləri tapılıb. Ölən üçüncü şəxs Özbəkistan vətəndaşıdır. Onun meyiti başqa otağın hamamında tapılıb.

Açıq məlumatlara görə, İnessa Papernaya “Profile” və “Lenta.ru” nəşrləri ilə əməkdaşlıq edib. “Baza” Telegram kanalı yazır ki, jurnalist Özbəkistana istirahətə gəlib və Daşkənddəki “Karaman Palace” otelində qalıb. Ehtimallara görə, ölümün səbəbi qaz ola bilər. Belə ki, oktyabrın 20-nə keçən gecə otelin hovuzunda təmizlik işləri aparılıb.

//Samir Qurbanov, Editor.az