“Həyatın nə qədər kövrək olduğunu şəxsən görmüşəm. İndi Ukraynada hər gün günahsız insanlar ölür, bu, qəbuledilməz bir vəziyyətdir”
Editor.az xəbər verir ki, bu sözləri məşhur rusiyalı iş adamı Oleq Tinkov sosial şəbəkədə verdiyi açıqlamada deyib. İş adamı müharibənin əleyhinə olduğunu vurğulayıb.
Tinkov açıqlamasında bir müddət əvvəl qurduğu fondla qan xərçəngi olan insanların həyatını xilas etməyə çalışdıqlarını da qeyd edib:
“İndi Ukraynada hər gün günahsız insanlar ölür, bu qəbuledilməzdir. Dövlətlərin pullarını müharibə yerinə insanları sağaltmaq üçün istifadə etmək lazımdır. Buzz bu müharibəyə qarşıyıq”.
Qeyd edək ki, bundan əvvəl rusiyalı milyarderlər Mixail Fridman və Oleq Deripaska Rusiyanın Ukraynaya hücumuna qarşı çıxaraq sülhə çağırıblar.
//Gülnarə Abasova, Editor.az

