Böyük Britaniya və Avropa Birliyinin sanksiyaları altına düşən milyarder Mixail Fridman özünü Londonda məhbus adlandırıb və təmizlik xidmətçilərinə maaş verməyə belə pulunun olmadığını söyləyib.
Bu barədə Editor.az “RİA Novosti”inin yaydığı məlumata istinadən xəbər verir.
Fridman sanksiyalara məruz qaldıqdan sonra “Alfa-Bank”, “X5 Group” və “Veon”un (Rusiyanın “VimpelCom” şirkətinin sahibi) direktorlar şuralarından da istefa verib.
Hazırda Londonda yaşayan Fridmandan müsahibə alan nəşrin yazdığına görə, onun İsrail pasportu var. Amma ondan İsrailə köçüb gedə biləcəyini soruşduqda, o, “orada evi olmadığını” və ev almaq üçün pulunun olmadığını söyləyib: “Mən burada məhbusam.
Bəlkə də evimi özüm təmizləməliyəm. Bu normaldır. Tələbəlik illərində kiçik yataqxanada dörd kişi ilə yaşayırdım və bunu edirdim. Amma 35 ildən sonra bu, gözlənilməz oldu” dedi.
Xatırladaq ki, sanksiyalar tətbiq olunana qədər Fridmanın sərvəti təxminən 14 milyard dollar idi. İndi onun kağız üzərində sərvəti on milyard dollara yaxındır. Milyarderin London və Moskvadakı evləri və valideynlərinin Latviyadakı mənzili istisna olmaqla, daşınmaz əmlakı yoxdur və bundan sonra “müsadirə oluna biləcək heç bir yaxtası və ya təyyarəsi yoxdur” – Fridmanın sözlərinə istinadən Bloomberg Businessweek belə yazır.
Editor.az

