Rusiyalı milyarder Ukrayna vətəndaşı olmaq istəyirbackend

Rusiyalı milyarder Ukrayna vətəndaşı olmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı oliqarx Mixail Fridman Ukrayna vətəndaşlığını almaq üçün Ukrayna hakimiyyəti ilə məsləhətləşmələr aparır.

Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən xəbər verir. Fridman Lvovda doğulduğu üçün Ukrayna əsillidir. Bu barədə NAPC-nin rəhbəri Aleksandr Novikov Ukraynanın Forbes nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Fridman əsas aktivlərin yenidən qeydiyyata alınmasının mümkünlüyü ilə də maraqlanır. Fridman, Alfa Bank və Altimo telekommunikasiya şirkətinin (mobil operatorlarda, xüsusən də Kyivstar-da paya malikdir) daxil olduğu Alfa Group konsorsiumunun ortaq sahibi və müşahidə şurasının sədridir. İş adamı Aİ, ABŞ, Böyük Britaniya və Kanadanın sanksiya siyahısındadır. Ukraynada onun 12 milyard qrn. dəyərində aktivlərinə həbs qoyulub.

  Editor.az