Rusiyalı oliqarx AÇIQLADI: Putin öz əsgərlərini belə seçir…backend

Rusiyalı oliqarx AÇIQLADI: Putin öz əsgərlərini belə seçir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2003-cü ilə qədər Rusiyanın ən varlı adamı sayılan, lakin Putinlə münasibətləri korlandıqdan sonra 9 il korrupsiya və vergidən yayınmaqda təqsirli bilinən, 2013-cü ildə azadlığa çıxan rusiyalı oliqarx Mixail Xodorkovski diqqətçəkən açıqlamaları ilə yenidən dünya gündəminə düşüb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, mühacirətdə yaşayan rusiyalı oliqarx Mixail Xodorkovski Putinin Ukraynaya yeni qoşun göndərməsinin mümkün olduğunu bildirib. Putinin qərarının ağır siyasi nəticələri olacağını iddia edən Xodorkovski Putinin əsgərlərini xüsusilə Qafqaz bölgəsindən seçdiyini və onların ailələrinə külli miqdarda pul ödədiyini bildirib.

“Şimali Qafqazda və xüsusilə kiçik ərazilərdə yaşayan insanlar haqqında düşünəndə Rusiyada insan həyatının dəyəri heç də yüksək deyil”, – rusiyalı oliqarx deyib.

//Gülnarə Abasova, Editor.az