Rusiyalı oliqarx Fridman: Sanksiyalar müharibəni dayandırmayacaqbackend

Rusiyalı oliqarx Fridman: Sanksiyalar müharibəni dayandırmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın ən varlı adamlarından biri olan Mixail Fridman Londonda keçirdiyi mətbuat konfransında bildirib ki, oliqarxlara qarşı tətbiq edilən sanksiyalar Moskvanın Ukrayna ilə bağlı müharibə qərarını dəyişməyəcək.

Editor.az rus mətbuatına istinadla xəbər verir ki, Fridman müharibənin hər iki tərəf üçün faciə olduğunu bildirdi.

Rusiya prezidenti Vladimir Putini qınamayan Fridman, ayrı-ayrı şəxslərə qarşı edilən sərt açıqlamaların özü və işçiləri üçün təhlükəli ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, Fridmandan əvvəl rus oliqarx Oleq Deripaska da sülh çağırışı etmişdi.
Bu iki iş adamı Rusiyanın işğalını ən açıq şəkildə tənqid edən oliqarxa çevrildi.

Sovet İttifaqının dağılmasından əvvəl Ukraynada anadan olan Fridman Rusiyanın ən böyük özəl bankı Alfa-nın qurucusu, LetterOne investisiya şirkətinin sahibi, Rusiyada neft və pərakəndə sektorun əsas investorudur. Fridman, bəzi aktivlərinin dondurulması və səyahət qadağası da daxil olmaqla sanksiyaların ədalətsiz olduğunu və onlara qarşı qanuni tədbirlər görəcəyini bildirib:

“Valideynlərim həmişə mənə deyirdilər ki, sən bu işi bacarmazsan, yəhudi olduğuna görə o universitetə ​​daxil ola bilməzsən. İndi rus olduğuma görə Qərbdə oxşar münasibətlə üzləşirəm”.

Avropa İttifaqı bazar ertəsi Londonda yaşayan Fridman və onun ortağı Pyotr Avenə sanksiya tətbiq etmək qərarına gəlib.

AB Fridmanı “Putinin yaxın çevrəsindən mühüm maliyyəçi” kimi təsvir etdi. Ukraynadakı müharibənin bir an əvvəl bitməli olduğunu bildirən Fridman, Vladimir Putinin qərarlarını qınayıb- pisləməyəcəyi ilə bağlı sualı belə cavablandırıb:

“Xahiş edirəm, məni şərh verməyə məcbur etməyin. Bu, təkcə mənim üçün deyil, həmkarlarık, işçilərim üçün də risklidir. Ukrayna, Rusiya və İngiltərədə on minlərlə işçim var. Bu, çox həssas bir mövzudur. Bizim onlarla iş ortağımız var və onları riskə atmamaq mənim haqqımdır”.

Rusiyalı milyarder oliqarxlar adətən mətbuat konfransı keçirmirlər.

Mixail Fridmanın özünümüdafiə çıxışı Qərbin bəzi dairələrində Rusiyaya yönəlik maliyyə addımlarının nəticəsi kimi şərh olunur. Ukraynada doğulmuş Fridman sanksiyaların Rusiya iqtisadiyyatına böyük təsir etdiyini deyir və müharibəni dayandırmağa çağırır, lakin bunun Putinin qərarlarına heç bir təsiri olmadığını da deyib.

Fridman bildirir ki, sanksiyalardan sonra bir çox Rusiya vətəndaşı pullarını banklardan çıxarıb, xarici valyutaya çevirəcək və yastığın altına atacaq. Digər tərəfdən o, Aİ-nin ona ədalətsizlik etdiyini də vurğulayıb.

//Gülnarə Abasova, Editor.az