Rusiyalı qadın Ermənistanda oteldə ölü tapıldıbackend

Rusiyalı qadın Ermənistanda oteldə ölü tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Tavuş vilayətində otellərdən birində rusiyalı qadının meyiti tapılıb.

Hadisə iyunun 28-də “Lastiver Resort”da baş verib. İlkin məlumata görə, Rusiya vətəndaşı çərşənbə günü bir otaq kirayəyə götürüb və ertəsi gün qapıdan narahat etməməyi xahiş edən lövhə asıb.

Lakin o, 24 saat otağından çıxmayıb. Otel işçiləri onun sağ olub-olmadığını öyrənmək qərarına gəliblər. Otağa girib çarpayıda qadının meyitini görüblər. Hazırda ölüm səbəbləri polis tərəfindən araşdırılır.

//Samir Qurbanov, Editor.az