Rusiyalı turist Türkiyə dağlarında itkin düşüb. O, Marmarisə tətilə gəlib və Karian Trail bölgəsində gəzintiyə çıxıb. Yerli mətbuat xəbər verir ki, hazırda xilasedicilər onu axtarır.
“Rusiya vətəndaşı Natalya Somova avqustun 11-də Moskvadan Marmarisə gəlib və avqustun 17-də səhər tezdən idman geyimində oteldən çıxıb və 48 yaşlı qadın geri qayıtmayıb”, – “Marmaris Haber” qəzeti yazıb. Bir gün əvvəl Somova yenidən Rusiya paytaxtına uçmalı idi.
Qohumları və dostları ona zəng vurmağa çalışıb və bir sıra uğursuz cəhdlərdən sonra qadının qaldığı otelin administratoruna və turizm agentliyinə müraciət ediblər. İşçilər onun otağının kilidlərini açıblar və orada nə turist, nə də şübhəli izlər aşkar ediblər. Türkiyə hüquq-mühafizə orqanları onu axtarmağa başlayıb. Yaxınlıqdakı müşahidə kameralarını yoxlanıb və onun Karian cığırına getdiyini görüblər. Hazırda xilasedicilər axtarış itləri ilə onun axtarışlarını davam etdirirlər.
//Samir Qurbanov, Editor.az