Rusiyalı səfir Antonov: ABŞ BMT tədbiri üçün Nyu-Yorka gələcək Lavrovu soyuq qarşılama gözlədiyini bildiribbackend

Rusiyalı səfir Antonov: ABŞ BMT tədbiri üçün Nyu-Yorka gələcək Lavrovu soyuq qarşılama gözlədiyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) tədbirində iştirak etmək üçün Nyu-Yorka gələcək Rusiya xarici işlər naziri Sergey Lavrovu soyuq qarşılama gözlədiyi barədə ABŞ xəbərdarlıq edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib.

“Uzun illərdir ki, ABŞ-dan heç bir dostluq görmədik. ABŞ Dövlət Departamenti açıq şəkildə bizə xəbərdarlıq etdi ki, burada Sergey Lavrovu soyuq qarşılama gözləyir. Baxaq, hadisələr zamanı bu birbaşa özünü necə göstərəcək”,- deyə rusiyalı diplomat bildirib.

Rusiya rəsmisi hələ ki vizalarla bağlı heç bir qərar verilmədiyini də diqqətə çatdırıb:

“Biz nə Sergey Lavrova, nə də onu müşayiət edənlərə viza ala bilmədik. Soruşanda verdikləri tək cavab viza məsələsinin təsdiq mərhələsində olması oldu. Viza məsələsi bizi çox narahat edir. Amerikalılar münasibətlərimizin təməlini sarsıtmaq, Rusiya-ABŞ münasibətlərini pozmaq üçün hər şeyi ediblər. Bizi seçkilərə müdaxilə etməkdə, haker hücumları təşkil etməkdə, beynəlxalq bazarları ələ keçirməkdə, enerji resurslarından silah kimi istifadə etməkdə ittiham etdilər”.

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland və Rusiyada həbs edilən amerikalı jurnalist Evan Gershkovic ilə görüşdüklərini deyən Antonov görüşün çox sərt və kobud keçdiyini də bildirib: “Praktik bir nəticəsi olmadı. Amerikalılar bizi tez Gerşkoviçi azad etməsək qisas alacaqları ilə hədələdilər”.

//Gülnarə Abasova, Editor.az