Rusiyalı senator: “NATO daim nüvə müharibəsinə hazırlaşır”backend

Rusiyalı senator: “NATO daim nüvə müharibəsinə hazırlaşır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika Alyansı ölkələri daim nüvə müharibəsinə hazırlaşır.

Editor.az xəbər verir ki, bunu müsahibəsində rus senator Sergey Perminov deyib. “NATO ölkələri daim nüvə silahından istifadə edərək müharibəyə hazırlaşırlar”, – o vurğulayıb.

Perminovun sözlərinə görə, Rusiya hərbi-siyasi rəhbərliyi artan riskləri minimuma endirmək üçün hər şeyi edir. O xatırladıb ki, Rusiya nüvə triadasının bütün komponentləri baxımından ən güclü dövlətdir. Qərbin nüvə silahından istifadəyə hazırlığı ilə bağlı açıqlamalar verən senator qeyd edib ki, Finlandiya son vaxtlar öz ərazisində nüvə silahının daşınmasına və saxlanmasına icazə verib.

Bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Ağ Evin Kiyevin Rusiya ərazisinə uzaqmənzilli Qərb silahları ilə zərbə endirməsinə icazə verməklə bağlı mümkün qərarını şərh edərkən ABŞ-ın Rusiyanı hədəfə almaqla üçüncü dünya müharibəsinə yol açdığını bildirmişdi.

//Gülnarə Abasova, Editor.az