Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının üzvü Aleksey Puşkov noyabrda keçiriləcək prezident seçkilərində Kamala Harrisin qalib gələcəyi təqdirdə ABŞ-ın hazırkı administrasiyasının bəzi əsas fiqurlarının istefaya göndəriləcəyi xəbərini dəyərləndirib.
Editor.az xəbər verir ki, ABŞ Demokrat Partiyasının bir çox üzvünün Kəmalə Harrisin prezidentliyə namizədliyinin əleyhinə olduğunu bildirən rusiyalı senator Puşkov bu vəziyyətin Donald Trampın xeyrinə olacağını qeyd edib.
Puşkov telegram-dakı paylaşımında “Başladı. Demokratların düşərgəsində çatlar əmələ gəlməyə başladı. ABŞ-da Kəmalə Harrisin qalib gələcəyi təqdirdə əsas fiqurların ləğv ediləcəyi artıq yazılmağa başlayıb. Görünür, bu, “idarəetmə elitası” içərisində onu ciddi qəbul etməyən insanlardır”, – o yazıb.
Bundan əvvəl “Wall Street Journal” bəzi rəsmilərə istinadən xəbər vermişdi ki, Harris prezident olarsa, indiki administrasiyanın bəzi əsas fiqurları istefaya göndəriləcək.
//Gülnarə Abasova, Editor.az

