Rusiyalı senator: Rusiya Çin və Hindistanla hərbi ittifaq yaratmağı müzakirə etmirbackend

Rusiyalı senator: Rusiya Çin və Hindistanla hərbi ittifaq yaratmağı müzakirə etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya NATO-ya qarşı Çin və ya Hindistanla hərbi ittifaqın yaradılmasını müzakirə etmir, belə bir cəhd “soyuq müharibə” nin canlanmasına səbəb olacaq və bu, bəşəriyyətin mənafeyinə xidmət etmir”.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının vitse-prezidenti Konstantin Kosaçev “Qovorit Moskva” radiosuna deyib.

O, ikiqütblü dünyanın bəşəriyyətin xeyrinə olmadığını bildirib :“Soyuq Müharibə istər-istəməz bir-birimizi cilovlamaqla bəşəriyyətin inkişafına ciddi əngəl törətdiyimiz, bir-birimizə ziddiyyətlər qoyduğumuz dövr idi. Bu səbəbdən hesab edirəm ki, ölkəmiz üçün əsas strategiya çoxqütblü dünyanın institutlaşmasıdır”.

NATO-nun baş katibi Yens Stoltenberq iyunun 13-də PBS telekanalına müsahibəsində bildirib ki, Rusiya və Çin əvvəlkindən daha sıx əməkdaşlıq edir. Kremlin sözçüsü Dmitriy Peskov qeyd edib ki, NATO sülh və sabitlik gətirmir, əksinə, yerləşdiyi regionlarda vəziyyəti sabitliyi pozan bir strukturdur. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin Çin və digər Asiya ölkələrinin bölgədə hər hansı bir hərbi blokun yaradılmasına qarşı olduqlarını və burada “soyuq və ya isti müharibə”nin olmasına imkan verməyəcəklərini vurğulayıb.

//Gülnarə Abasova, Editor.az