Rusiyalı siyasətçi Duqin İkinci Dünya Müharibəsi ilə bağlı XƏBƏRDARLIQ ETDİ: Qərb səhv edirbackend

Rusiyalı siyasətçi Duqin İkinci Dünya Müharibəsi ilə bağlı XƏBƏRDARLIQ ETDİ: Qərb səhv edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qızı Darya Duqinanın öldürülməsi ilə adından söz etdirən məşhur rusiyalı siyasətçi Aleksandr Duqin diqqətçəkən açıqlamalar verib. Putinin Qərbə səfərbərlik və təhdid elan etməsindən danışan Duqin Dünya Müharibəsi ilə bağlı xəbərdarlıq edib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Putinin müəllimi kimi də tanınan Duqin nüvə müharibəsi ehtimalının artdığına diqqət çəkib. Qərbin Putinin açıqlamalarını ciddiyə almadığını bildirən siyasətçi Rusiya hökumətinin bu variantı ciddi şəkildə düşündüyünü qeyd edib.

Rusiyada məğlubiyyətin qəbuledilməz bir vəziyyət olduğunu iddia edən Duqin mümkün ssenarilərə diqqət çəkib.

Nüvə hücumu ehtimalının mümkün olduğunu deyən Duqin eyni zamanda, bildirib ki, Qərb bunun blef olduğunu düşünür, amma səhvdir. O, Ukrayna müharibəsinin dünya müharibəsinə çevrildiyini bəyan edib.

Duqin Rusiyanın müharibədə uduzmasının təkcə ölkədəki rejimin sonu olmayacaq, həm də bütün dünyanı fəlakətə sürükləyəcəyini vurğulayıb.

//Gülnarə Abasova, Editor.az