Rusiyalı siyasətçi: “Yaxın Şərq və Ukraynadakı münaqişələrin ortaq kökləri var”backend

Rusiyalı siyasətçi: “Yaxın Şərq və Ukraynadakı münaqişələrin ortaq kökləri var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fələstin-İsrail və Ukrayna münaqişələrinin ortaq kökləri var”.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutski telegram hesabında yazıb. O bildirib ki, Fələstin-İsrail və Ukrayna münaqişələrinin səbəbi ABŞ-ın öz maraqlarını həyata keçirməsi və digər ölkələrin maraqlarına məhəl qoymamasıdır: “Bunlar birbaşa ABŞ və onun subyektlərinin uzun illərdir ki, öz maraqlarını sırıması və digər tərəflərin maraqlarını, xüsusilə də qlobal təhlükəsizliyi nəzərə almaması ilə bağlıdır”.

Qərbin mənəvi iflas ərəfəsində olduğunu qeyd edən Slutski yalan, sinizm, neokolonializm və ikili standartların sonda Köhnə Dünyanı çökdürəcəyini deyib.

//Gülnarə Abasova, Editor.az