“Rusiyalı siyasətçilərin “boğazdan yuxarı” açıqlamalar verməsinin əsas səbəbi…”-Münaqişə gözlənilir?-AÇIQLAMAbackend

“Rusiyalı siyasətçilərin “boğazdan yuxarı” açıqlamalar verməsinin əsas səbəbi…”-Münaqişə gözlənilir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Ukrayna ilə məsələni həll edəndən sonra, – bu isə yayadək həll ediləcək, – Rusiya Silahlı Qüvvələrinin əl-qolu açılacaq və bundan sonra Azərbaycanla məşğul olacaq”.
Bu fikirləri Rusiya Federasiyası raket və artilleriya elmləri Akademiyası prezidentinin müavini Konstantin Sivkov bəyan edib.

“Biz 1000 km-lik cəbhə ilə məsələni həll etdikdən sonra Azərbaycanla da məsələni həll edəcəyik. Hələlik, Rusiya Azərbaycanla diplomatik kanallarla işləyir. Azərbaycan Türkiyə və ABŞ-ın təhriki ilə Rusiya üçün ciddi problemlər yaradır, Rusiya rəhbərliyi və Rusiya bunu unutmayacaq”, – Sivkov təhdid edib.

Mövzunu Editor.az-a şərh edən politoloq Natiq Miri bildirir ki, ard-arda belə fikirlərin səsləndirilməsi rusların xislətindən xəbər verir:

“Təkcə hakimiyyətdə deyil, bütövlükdə Rusiya xalqında imperiyaya xidmət etmək kimi xülyalar hər zaman mövcud olub. Özlərini daima digər xalqlardan üstün hesab ediblər. Bu Sovet dövründə də belə olub. Rusiyada irqçilik sindromu var. Nə Rusiya hakimiyyəti, nə də rus xalqı eyni ideologiyaya xidmət etmirlər. Müxtəlif şəbəkələr mövcuddur və onların özlərinə məxsus maraqları var. Bu insanlar da həmin şəbəkələrin maliyyələrinə uyaraq belə “boğazdan yuxarı” açıqlamalar verirlər. Bunun arxasında heç bir ciddi əsas dayanmır. Yalnız Azərbaycanı qorxutmaq və hədələmək məqsədi daşıyır, Kremlin də maraqlarına xidmət edir. Belə təhdidlərə çox da əhəmiyyət vermək düzgün deyil”.

Politoloq  hesab edir ki, Azərbaycan-Rusiya toqquşması üçün ciddi zəmin yoxdur:

“Rusiya hələ də ordusu ilə birlikdə Azərbaycanda varlığını sürdürür. Buna rəğmən 10 noyabr sənədindən irəli gələn öhdəlikləri də Rusiya yerinə yetirmir. Bununla yanaşı, Azərbaycanın sərvətləri Rusiyanın iştirakı ilə talanıd. Azərbaycan xalqı mülkü səviyyədə silahsız formada Rusiya əsgərlərini təhdid etmədən etirazlarını davam etdirirlər. Azərbaycan hökuməti Ermənistan tərəfindən ölkəmizin əleyhinə istifadə oluna biləcək silahların seperatçılara daşınmasını istəmir. Bugün Rusiyanın Azərbaycanla münaqişəyə başlamağa taqəti yoxdur. Çünki Ukraynada müharibəni davam etdirməkdə çətinlik çəkir. Bu müharibə hələ 8-10 ay davam edə bilər. Rəsmi Moskva parçalanmaqla üz-üzə olan ölkədir. Rusiyanın Azərbaycanla toqquşması Cənubi Qafqazdan çıxması mənasına gəlir. Cənuni Qafqazda Rusiya ilə bərabər Türkiyənin də ordusu var. Son təlimlərdən sonra, razılaşmaya əsasən Türkiyə qoşunları və qırıcı təyyarələri Azərbaycanda qalıb. Ölkəmizin addımları hər bir halda qanunidir, Rusiya hansısa iddia irəli sürə bilməz”.

//Safura Bənnayeva, Editor.az