Rusiyalı təbliğatçı Qazaxıstana hücum etməyə çağırıbbackend

Rusiyalı təbliğatçı Qazaxıstana hücum etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı təbliğatçı Sergey Mardan Orsk Neft Emalı Zavoduna dron zərbələri ilə bağlı xəbərlərdən sonra Qazaxıstana hücum etməyə çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə o özünün “Telegram” kanalında yazıb.

“Orsk Neft Emalı Zavodu pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Ukrayna sərhədindən Orska qədər olan məsafə 1 400 kilometrdir. Dronların Qazaxıstandan buraxıldığı tamamilə aydındır. Beləliklə, sual yaranır: Rusiyanın milli təhlükəsizliyinə təhdidləri aradan qaldırmaq üçün “müstəqil” Qazaxıstan ərazisinə reyd keçirməyin vaxtı çatmayıbmı?” – deyə Mardan yazıb.

Düzdür, bir müddət sonra o, paylaşımını silsə də, Kremlin təbliğatçısının bu iddiaları birmənalı qarşılanmayıb.