Rusiyalılar Putin və Trampın görüşü üçün ən uyğun ölkəni seçdilərbackend

Rusiyalılar Putin və Trampın görüşü üçün ən uyğun ölkəni seçdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalılar arasında keçirilən sorğunun nəticələrinə görə, Vladimir Putin və Donald Trampın mümkün görüşü üçün ən uyğun ölkə kimi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) göstərilib. Sorğuda iştirak edənlərin 47%-i məhz bu ölkəni seçib.

“Новости Mail” layihəsinin 7 avqust tarixində keçirdiyi sorğunun nəticələrinə əsasən, digər uyğun sayılan ölkələr arasında:

Türkiyə – 19%

Səudiyyə Ərəbistanı – 16%

Belarus, Vatikan, Çin və Rusiya daxil olmaqla “öz variantını” irəli sürənlər – 7%

İsveçrə – 3%Bundan əlavə, Qətər, Hindistan, Macarıstan, Cənubi Afrika, Vyetnam, Serbiya, Braziliya, Misir və Slovakiya kimi ölkələr də qeyd edilib, lakin onların hər biri 2%-dən az səs toplayıb.

Sorğuda Rusiyanın 50-dən çox regionundan 15 min nəfərdən çox respondent iştirak edib.

//Samir Qurbanov, Editor.az