Rusiyalıların ən çox qorxduqları alay: “Əsla geri çəkilməyəcəyik!” – VİDEObackend

Rusiyalıların ən çox qorxduqları alay: “Əsla geri çəkilməyəcəyik!” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaralı və həlak olmuş qardaşlarımızı şəhərdə qoyub hara gedə bilərik?! Ukraynalı hərbçilər, ümumiyyətlə, belə vəziyyətdə necə davranmalıdır ki…”

Ukrayna Milli Qvardiyasının nəzdindəki “Azov” alayının komandir müavini Svyatoslav Palamarın dediyinə görə, onlar mühasirədəki Mariupol şəhərini tərk etmək niyyətində deyillər.

Ukrayna Prezidenti Volodimir Zelenski mühasirədə qalmış “Azov” döyüşçülərinə şəhəri tərk etməyə icazə versə də, onlar mövqelərində qalıblar.

“Bir daha bəyan edirəm: bundan sonra da şəhəri, hər evi, hər küçəni müdafiə edəcəyik. Yaralılarımızı xilas etmək, həlak olmuş qardaşlarımızı dəfn etmək üçün əlimizdən gələni edəcəyik. Eşidirik ki, aviasiya və artilleriya olmadan bizdən 10 dəfə üstün qüvvələrlə döyüşmək mümkün deyil.

Amma siz şəhəri müdafiə edənlərdən soruşun ki, daimi bombardmanlarə, bizə buraxılan onlarla ballistik raketlərə, gəmilərdən və artilleriya qurğularından atəşlərə, bizdən 10 dəfə artıq olan qüvvələrə, tam mühasirədə 33 gün necə döyüşürük.
Ruhdan düşməmişik. Şəhər uğrunda mübarizə davam edir. Mariupoldakı dinc sakinlərə yardım edin. Gecikmənin hər günü yüzlərlə mülki insanın həyatı deməkdir”, – Svyatoslav Palamar deyib.

Milli.az