“Rusiyanı birdəfəlik MƏHV ETMƏK mümkün olmayacaq, ancaq…”- Politoloqbackend

“Rusiyanı birdəfəlik MƏHV ETMƏK mümkün olmayacaq, ancaq…”- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibədə Rusiyanın məğlub olmasını istəyən Qərb Ukraynaya açıq şəkildə ciddi dəstək göstərməlidir”. Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloq müharibədə Qərbin Ukraynaya verdiyi dəstəyin Rusiyanı məğlub etmək üçün yetərli olmadığını vurğulayıb:

“Hələ ki, ABŞ və Avropa liderləri tərəfindən  Rusiyanın məğlubiyyəti ilə bağlı müəyyən fikirlər səsləndirilir, Ukraynaya müdafiə silahları göndərilir, pul yardımı edilir. Lakin bu, kifayət deyil. Rusiya Prezidenti Vladimir Putinin söylədiyi fikirlərdən də açıq-aydın görünür ki, rəsmi Kreml  sona qədər davam edəcək, girdiyi yoldan geri çəkilməyəcək”.

Politoloq bildirib ki,  Rusiya Ukraynaya birbaşa  hücumu  ilə açıq şəkildə işğalçılıq siyasəti yürüdür:

“Rusiya kimi nəhəng dövlətə qalib gəlmək asan olmayacaq. Sadəcə sanksiyaların ağırlığını artırıb uzun illər ölkəni sosial-iqtisadi cəhətdən zəiflətmək,  təcrid etmək olar. Ancaq Rusiyanı məhv etmək, dağıtmaq barədə danışmaq heç inandırıcı deyil. Əgər Rusiya məğlubiyyətini hiss etsə, ilk işi nüvə silahından istifadə etmək olacaq. Müharibənin acı nəticələri artıq özünü biruzə verir. Avropada qiymətlər qalxır, qaçqınların sayı artır. Baş verən proseslər təkcə Rusiyaya yox, Qərb ölkələri üçün də çətinliklər yaradır”.

//Gülnarə Abasova, Editor.az