“Rusiyanı iqtisadi sanksiyalar vasitəsilə tam olaraq çökdürmək əsla mümkün deyil. Buna inanmaq absurddur”.
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.
O bildirib ki, Qərbin sanksiyaları son nəticədə dünya iqtisadi sisteminin özünü dağılması ilə nəticələnəcək:
“Bumeranq Qərbin öz başında çatlayacaq. Rusiya dünyada ən böyük əraziyə malik ölkədir və rusları həmişə məhz bu amil xilas edib, Napoleona qalib gəlməkdə də, elə İkinci Dünya müharibəsində də. Yəni, belə demək mümkündürsə, Rusiyanı divara dirəmək üçün gərək, onu eyni zamanda iki tərəfdən – həm Qərbdən, həm də Şərqdən sıxasan! Yoxsa, mümkün deyil.
Hələ bilinmir ki, Çin, Hindistan Moskvaya qarşı tədbiq olunmaqda davam edən iqtisadi sanksiyaların icrasında necə iştirak edəcəklər? Odur ki, hesab edirəm, Qərbin sanksiyaları son nəticədə dünya iqtisadi sisteminin özünü dağılması ilə nəticələnəcək.
Qlobal iqtisadiyyat getdikcə daha çox mərkəzləşdirilmiş struktur üzrə inkişaf edir və formalaşmaqda idi. Əslində bu, daha çox Qərbin xeyrinə idi. İndi Qərb, tədbiq etdiyi sanksiyalardan özünün nələr itirəcəyini hələ bilmir”.

