Rusiyanı “Dünya gözəli” müsabiqəsində azərbaycanlı təmsil edəcək – FOTObackend

Rusiyanı “Dünya gözəli” müsabiqəsində azərbaycanlı təmsil edəcək – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Dünya gözəli – 2021” müsabiqəsində təmsil edəcək Tatarıstanın ən gözəl qızı Ralina Ərəbova şəxsi həyatından danışıb.

Editor.az lent.az-a istinadla bildirir ki, o, 2019-cu ildə Rusiya gözəli titulunun sahibi olub.

Kazanda anadan olan Ralinanın sözlərinə görə, o, səkkiz yaşından müxtəlif gözəllik müsabiqələrinin iştirakçısı olub və “Dünya gözəli” müsabiqəsinə getməyi yalnız arzu edə bilərdi.

O, böyük və çoxmillətli ailədə böyüyüb: anası tatar qızıdır, təmizlik xidmətində administrator vəzifəsində çalışır. Atası azərbaycanlıdır, şəhər ətrafı yol kənarındakı kafenin sahibidir.

Ailə çox imkanlı deyil və gözəllik müsabiqələrinin köməyi ilə qız yaxşı pul qazanmağa və daha yaxşı bir həyat şansına ümid edir. Ərəbova etiraf edir ki, anası onun istəklərini həmişə dəstəkləyib və yarışda qələbəsini ona həsr etmək istəyir.

Ralina “Rusiya gözəli” müsabiqəsində ölkənin istənilən universitetində təhsil almaq üçün qrant qazanıb və Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin hüquq fakültəsinə daxil olub. Eyni zamanda, Kazan Dövlət Energetika Universitetində reklam mütəxəssisi kimi qiyabi təhsilini davam etdirir.

Ərəbova stand-upu sevir və universitetin şən və hazırcavablar komandasında çıxış  edir. Onun sözlərinə görə, şəxsi həyatı yoxdur, çünki buna vaxt çatmır.