“Rusiyanı hərbi yolla məhv etmək istəyirlər” – Şok iddiabackend

“Rusiyanı hərbi yolla məhv etmək istəyirlər” – Şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ və NATO Rusiyanı hərbi yolla məhv etməyə çalışır, Putinə tam dəstək verirəm”.

Venesuela Prezidenti Nikolas Maduro Ukrayna və Rusiya arasındakı böhranla bağlı açıqlama verib.

Rusiya Prezidenti Vladimir Putini dəstəklədiyini bildirən Maduro söyləyib:

“Rusiya və Ukrayna arasında baş verənləri izləyirik. Amma təkcə hazırda yox, ABŞ və NATO uzun müddətdir Rusiyanı hərbi yolla məhv etmək, onu dayandırmaq və çoxqütblü dünya nizamına son qoymaq istəyir. Venesuela həmişə Putinin və Rusiyanın yanında olacaq. Prezident Putinə tam dəstək, Rusiyaya tam dəstək”.”

Teleqraf.com