Rusiyanı İnterpoldan kənarlaşdırmaq istəyirlər – Daxili işlər naziri Vladimir Kolokoltsevbackend

Rusiyanı İnterpoldan kənarlaşdırmaq istəyirlər – Daxili işlər naziri Vladimir Kolokoltsev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər naziri Vladimir Kolokoltsev BMT baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Jan-Pyer Lakroa ilə danışıqlar zamanı bir sıra Qərb ölkələrinin Rusiyanı İnterpoldan kənarlaşdırmaq cəhdlərini açıqlayıb.

Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, nazir Rusiyanın hüquq-mühafizə sahəsində beynəlxalq əməkdaşlığın siyasiləşdirilməsini qəbuledilməz hesab etdiyini vurğulayıb: “Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri dünyada rusofob əhval-ruhiyyənin təzahürü və bir sıra ölkələrin mövcud beynəlxalq platformaları siyasiləşdirmək üçün hərəkətləri ilə bağlı məsələ qaldırıb.

Bir sıra Qərb dövlətləri tərəfindən təşkilatın bütün nizamnamə sənədlərindən yan keçərək Rusiya Federasiyasını İnterpoldan kənarlaşdırmaq cəhdləri var”, o, Telegram kanalında yazıb. Həmçinin, nazir Lakroa ilə söhbətində “Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupunun (FATF) Rusiya Federasiyasının İnterpola üzvlüyünün dayandırılması ilə bağlı hüquqi cəhətdən əsassız qərarı” mövzusuna toxunub.

//Samir Qurbanov, Editor.az