Rusiyanın Ağdama göndərdiyi general kimdir?backend

Rusiyanın Ağdama göndərdiyi general kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq məlum olduğu kimi yanvarın 30-da Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub. Monitorinq Mərkəzinin Türkiyədən olan şəxsi heyətinə general-mayor Abdullah Katırcı, Rusiyadan olan şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

Pravda.az general-mayor Viktor Fedorenkonun tərcümeyi-halı, keçdiyi hərbi xidmətlə bağlı əldə edə bildiyi məlumatları təqdim edir.

Bildirək ki, general-mayor V.Fedorenko ilə bağlı açıq mənbələrdə məlumat çox azdır. Onun xidməti fəaliyyətinin əsas hissəsi Rusiya Federasiyası Silahlı Qüvvələrinin 4 hərbi dairəsindən biri olan, qərargahı Rostov-Don şəhərində dislokasiya olunmuş Cənub Hərbi Dairəsi ilə bağlıdır. V.Fedorenko 2011-ci ilin martında polkovnik rütbəsində olarkən Rusiya Prezidenti Dmitri Medvedyevin sərəncamı ilə Cənub Hərbi Dairəsinin Radioelektron Mübarizə Xidmətinin rəisi təyin olunub. Sonra isə eyni vaxtda Cənub Hərbi Dairəsinin qərargah rəisinin müavini vəzifəsini icra etməyə başlayıb. V.Fedorenko xidmət rəisi vəzifəsini düz 10 il tutub.

Teleqraf.com