Avqustun sonunda Rusiya ilə Avropa İttifaqı arasında ikitərəfli ticarət həcmi iyul ayı ilə müqayisədə 15% və ya demək olar ki, 1 milyard avro azalaraq 5,1 milyard avroya düşüb.
Editor.az bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.
Yayın son ayında Aİ-yə Rusiya mallarının tədarükü iyul ayı ilə müqayisədə 12% azalaraq 2,6 milyard avroya çatıb. Avqust ayı üzrə Avropadan daxili bazara malların tədarükü 18% azalaraq 2,5 milyard avroya düşüb. Ümumilikdə yanvar-avqust aylarında Rusiya ilə Aİ ölkələri arasında ticarət dövriyyəsi 45 milyard avro təşkil edib. Bu, 2023-cü ilin eyni dövründəkindən 28% azdır. Səkkiz ay ərzində Rusiya Federasiyası Avropaya məhsul ixracını 35% azaldaraq 23,4 milyard avroya çatdırıb. Əks tədarüklər 18% azalaraq 21,6 milyard avroya düşüb.
//Gülnarə Abasova, Editor.az