ABŞ dövlət katibi Marko Rubio “Politico”nun sosial mediada Rusiyanın “Şimal axını 2” qaz kəmərinin operatoruna qarşı sanksiyaların ləğvi ilə bağlı Ağ Evin müzakirəsi ilə bağlı məlumatını təkzib edib.
Onun sözlərinə görə, nə o, nə də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Ukrayna ilə razılaşma çərçivəsində Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı heç bir müzakirə aparmayıblar. “Bu, jurnalist səhlənkarlığıdır. “Əgər “Politico” hər hansı bir dürüstlüyə malik olsaydı, onlar bu uydurmadan tamamilə imtina edərdilər” -Rubio bildirib.
qeyd edək ki, “Politico” vəziyyətlə tanış olan beş mənbəyə istinadən xəbər verir ki, Stiv Vitkoff “Şimal axını 2” ilə bağlı sanksiyaların ləğvini təklif edib, Marko Rubio və ABŞ Daxili İşlər Naziri Duq Burqum isə bu ideyaya qarşı çıxıb.
Nəşrin mənbələrindən birinə görə, Rusiyanın Avropanın aparıcı enerji təchizatçısı statusunu mümkün bərpa etməsi Amerika neft və qaz istehsalçıları üçün “qan gölünə” çevrilə bilər.
//Samir Qurbanov, Editor.az

