Rusiyanın Aya göndərdiyi kosmik gəmi ilk məlumatları emal etməyə başlayıbbackend

Rusiyanın Aya göndərdiyi kosmik gəmi ilk məlumatları emal etməyə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Aya su mənbəyi axtarmaq üçün göndərdiyi “Luna-25” kosmik gəmisindəki elmi cihazlar işə düşüb və ilk məlumatlar işlənməyə başlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada ölkənin 1976-cı ildən Aya göndərdiyi ilk kosmik gəmi olan “Luna-25”-in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb. “Luna-25”in Aya uçuşunun davam etdiyinə diqqət çəkən açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal şəkildə işlədiyi qeyd edilib.

Açıqlamada kosmik gəmidəki elmi cihazların işə salındığı, əldə edilən ilk məlumatların işləndiyi bildirilib. Təxminən 1 il müddətində Ayda araşdırma aparacaq “Luna-25” kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirlərini araşdıracaq, eyni zamanda su axtarışlarını həyata keçirəcək.

//Safura Bənnayeva, Editor.az