“Rusiyanın Azadlığı Legion”u videomüraciət yaydıbackend

“Rusiyanın Azadlığı Legion”u videomüraciət yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Rusiyanın Azadlığı Legion” Rusiya Federasiyasının Belqorod vilayətində baş verən qarşıdurmalarla bağlı Rusiya mətbuatının məlumatını təsdiqləyən videomüraciət yazıb.

Əsgərlər bütün Rusiyanı azad etməyə hazırlaşdıqlarını deyirlər.

Editor.az xəbər verir ki, legionun Telegram kanalında müvafiq video yerləşdirilib. Orada bir qrup hərbçinin Rusiya Federasiyasının sərhədində olduğu və “çox yaxında” onun ərazisinə daxil olacağı bildirilir. “Biz “Rusiya Azadlığı Legionu” Vətənimizin sərhəddindəyik. Tezliklə biz azadlıq, sülh və əmin-amanlıq gətirmək üçün yenidən Rusiya ərazisinə keçəcəyik. Qrayvoron hələ başlanğıcdır.

Putinin çaqqal hərbçilərinin qorxaqlığına görə, biz çoxlu kuboklar qazandıq və bu yolla qardaşlarımızı daha çox silahlandıra biləcəyik”, – döyüşçülərdən biri deyir. “Biz bütün Rusiyanı – Belqoroddan tutmuş Vladivostoka qədər azad edəcəyik ki, Moskvada ağ-göy-ağ azadlıq bayrağı dalğalansın”, – videomüraciətdə bildirilir.

  //Samir Qurbanov,Editor.az