Rusiyanın Azərbaycandakı səfirliyi quldur Ermənistan dövlətinin Gəncəyə xain hücumu nəticəsində bu gün həyatını itirən Rusiya vətəndaşının ölümündən kədərləndiyini bildirib.
Səfirliyin “Twitter” hesabında yerləşdirilən paylaşımda bu barədə qeyd edilir:
“2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakov bu il oktyabrın 17-də raket hücumu nəticəsində aldığı güllə yarasından oktyabrın 24-də Gəncə şəhərindəki xəstəxanada həyatını itirib. Səfirlik mərhumun ailəsi və dostları ilə əlaqə saxlayır və onlara dərin hüznlə başsağlığı verir”.

