“Artıq günlərdir ki, Ermənistan tərəfindən atəşkəs rejiminin mütəmadi pozulduğunun şahidi olurduq. Bütövlükdə son 10 gün ərzində dəfələrlə Laçın, Kəlbəcər və müxtəlif istiqamətlərdə Azərbaycan qarşı təxribatlar törədilir. Ermənistanın bu tip təxribatlarının növbəti yeni geniş çaplı provakasiyalarla nəticələnəcəyi gözlənilən idi”.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

Siyasi şərhçi bildirib ki, Ermənistan sülhlə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmək istəmir:
“Baxmayaraq ki, rəsmi İrəvan Azərbaycanın 5 maddəlik sülh təklifini qəbul edib. Danışıqlar üçün heç bir imkan qalmadığının fərqində olan Ermənistan cəbhə bölgəsində müxtəlif təxribatlar yaradaraq dünyaya guya Azərbaycanla Ermənistan arasında problemin bitmədiyini göstərməyə çalışır. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, “Dəmir Yumruq” yerindədir və Ermənistanın provakasiyaları davam edəcəyi təqdirdə Azərbaycan tərəfindən öz layiqli cəzasını alacaq. Ermənistan hal-hazırda Rusiyanın Ukraynada başının qarışdığını yaxşı başa düşür və bundan istifadə edərək vəziyyəti gərginləşdirməyə çalışır. Eyni zamanda, müxtəlif Qərb dairələrində Azərbaycana qarşı litorikanı gücləndirmək üçün Azərbaycan sərhədlərinə silah tuşlayıb. Ermənistan təxribatları davam etdirəcəksə, Azəbaycan Ordusu tərəfindən layiqli cavabını alacaq”.
//Gülnarə Abasova, Editor.az

