Belqorod vilayətinin hakimiyyəti regional fövqəladə vəziyyət rejimi tətbiq edib.
Editor.az bildirir ki, bu barədə avqustun 14-də regionun rəhbəri Vyaçeslav Qladkov Telegram-da məlumat verib. Onun sözlərinə görə, bu qərarın səbəbi “fasiləsiz atəş” olub. “Biz bu gündən etibarən Belqorod vilayətinin bütün ərazisində əhalini əlavə olaraq qorumaq və zərərçəkənlərə əlavə dəstək göstərmək, regional səviyyədə fövqəladə vəziyyət elan etmək, ardınca hökumət komissiyasına müraciət etmək üçün federal səviyyədə fövqəladə vəziyyət elan etmək tələbi qərar qəbul edirik”, – deyə Qladkov videomüraciətində bildirib. O qeyd edib ki, regionda vəziyyət “son dərəcə mürəkkəb və gərgin” olaraq qalmaqda davam edir.
Bundan əvvəl, avqustun 12-də Belqorod vilayətinin hakimiyyəti Ukrayna ilə həmsərhəd rayonlardan birinin boşaldılmasını elan etmişdi.
//Samir Qurbanov, Editor.az

