“Rosaviasiya” çərşənbə axşamı səhər tezdən Kazan və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğunu elan edib.
Hər iki hava limanının bütün gələn və gedən uçuşları dayandırdığı bildirilir.
İdarədən verilən məlumata görə, bu qərar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə verilib. “Təyyarə ekipajları, hava dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər – bu, əsas prioritetdir”, – nəşr qeyd edir. Xatırladaq ki, ötən bazar ertəsi İjevsk hava limanında da müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
//Samir Qurbanov, Editor.az