Rusiyanın bir nömrəli diplomatının Bakı səfəri: Ermənistana hansı mesajlar verildi?- ŞƏRHbackend

Rusiyanın bir nömrəli diplomatının Bakı səfəri: Ermənistana hansı mesajlar verildi?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya xarici işlər naziri Sergey Lavrovun fevralın 27-28-də Bakıya baş tutan iki günlük səfəri zaman baxımından çox ciddi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan 44-günlük savaşda qazandığı hərbi qələbəni, eyni uğurla diplomatik masada da nümayiş etdirir. Bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransında baş tutan görüşlər, aparılan danışıqlar Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin məhz Azərbaycanın təqdim etdiyi və beş maddədən ibarət olan baza prinsipləri əsasında yaxın zaman kəsiyində imzalanacağını deməyə ciddi əsaslar verir”.

Bu fikirləri Editor.az-a Rusiya XİN rəhbərinin Bakı səfərini şərh edərkən politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycanla imzalanacaq sülh müqaviləsi ilə bağlı fikirlərinə diqqət çəkib:

“Onun sülh müqaviləsində “Qarabağla bağlı bənd olmayacaq” deməsi danışıqlar masasında diktə edən tərəfin Azərbaycan olduğunu göstərir. Ukrayna ilə, əslində isə Qərblə girdiyi savaşda çiddi itkilərlə üzləşən Rusiya Cənubi Qafqazda sülhü gecikdirməklə vaxt qazanmağa, iflasa uğramış Cənubi Qafqaz siyasətini xilas etməyə cəhd göstərir. Rusiyanın bir nömrəli diplomatının Bakı səfərinin görünən tərəfləri ilə yanaşı görünməyən tərəfləri də var. Ruslar Azərbaycanın Laçın yolunda rentgen-skayner tətbiq etməsinə, mədən yataqlarının təftişinə və nəzarətinə,eyni zamanda ağır silahların və texnikanın bölgədən çıxarılmasına etiraz etmirlər. Əslində ağır sanksiyalar səbəbindən Avropaya qapıları bağlanan ruslar bu problemi Azərbaycan üzərindən həll etməyi düşünürlər. Bir sözlə, Rusiya Azərbaycana həm geopolitik, həm də geoekonomik anlamda möhtacdır və danışıqlar prossesində rəsmi Bakının tezislərini dəstəkləmək məcburiyyətindədir. İnanıram ki, Sergey Lavrovun Bakıda keçirdiyi rəsmi görüşlərdə bu məsələlər geniş və hərtərəfli müzakirə olunub”.

//Gülnarə Abasova, Editor.az