Rusiyanın BMT-nin İnsan Haqları Şurasına üzvlüyü dayandırılıbbackend

Rusiyanın BMT-nin İnsan Haqları Şurasına üzvlüyü dayandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Baş Assambleyası Rusiyanın BMT İnsan Hüquqları Şurasına üzvlüyünü dayandıran qanun layihəsini qəbul edib. BMT Baş Assambleyasında keçirilən səsvermə nəticəsində Rusiyanın İnsan Hüquqları Şurasına üzvlüyü 24-ə qarşı 93 səslə dayandırılıb. 58 ölkə isə səsvermədə bitərəf qalıb.

Editor.az “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, mətndə BMT Baş Assambleyasının zərurət yaranarsa, Rusiyanın üzvlüyünün dayandırılması qərarını yenidən nəzərdən keçirə biləcəyi bildirilib.

BMT Baş Assambleyasının Rəyasət Heyətindən Sputnik-ə verilən açıqlamada, bu qərardan sonra Rusiyanın BMT İnsan Haqları Şurasındakı yerini qoruyacağı, lakin səsvermə və açıqlama vermək hüququndan məhrum ediləcəyi bildirilib. ABŞ, İngiltərə və Ukrayna başda olmaqla bir sıra Qərb ölkələrinin rəhbərlik etdiyi qətnamə layihəsi Rusiyanın Ukraynadakı hərbi fəaliyyəti və xüsusilə Kiyev vilayətinin Buça şəhərində baş verən hadisələr əsasında hazırlanıb.

Kremlin sözçüsü Dmitriy Peskov vurğulayıb ki, Rusiyanı BMT İnsan Haqları Şurasından çıxarmaq doğru qərar deyil, çünki şuranın işi Rusiya olmadan yarımçıq olacaq.

//Gülnarə Abasova, Editor.az