Rusiyanın bombardımanı nəticəsində iki mülki şəxs öldübackend

Rusiyanın bombardımanı nəticəsində iki mülki şəxs öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Luqansk vilayətinin Severodonetsk şəhərində küçədə dinc sakinlər Rusiya bombardmanının hədəfi olub.

Editor.az İHA xəbər agentliyinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə iki nəfər həyatını itirib. Bombardımanın görüntüləri təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb. Görüntülər zamanı aydın olur ki, bombardıman zamanı sakinlər təhlükəsiz yerə qaçmağa çalışır.

Luqansk qubernatoru Sergiy Qayday açıqlamasında bildirib ki, Rusiyanın bombardımanı nəticəsində on mərtəbəli binaya, iş yerlərinə və bir çox mülki obyektə ziyan dəyib. Yanğın söndürmə briqadaları şəhərə dəymiş ziyanın fəsadlarının aradan qaldırılması ilə məşğuldur.

  //Editor.az