Rusiyanın “böyük qardaşlıq” iddiası: “Bu qədər qorxu, həyəcanın səbəbini anlamaq çətin deyil”backend

Rusiyanın “böyük qardaşlıq” İDDİASI: “Bu qədər qorxu, həyəcanın səbəbini anlamaq çətin deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın son 30 ildə təşəbbüsçüsü olduğu, yaratdığı birliklər, təşkilatlar ya kağız üzərində qalıb, ya da effektiv fəaliyyət göstərməyib. MDB, KTMT, Belarusla yaradılan ittifaq və s. heç bir təsirə malik olmadı. Səbəb Rusiyanın yaratdığı təşkilatlarda dominant rol oynamaq istəyi, “böyük qardaş” iddiasıdır ki, bu cür davranış da modern dünyada iqtisadi, siyasi, hərbi partnyorlar tərəfindən qəbul olunmur”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

O, bildirib ki, RF-sı çox böyük əraziyə və hərbi gücə sahib olsa da,onun tərəfdaşlarına verəbiləcəyi kültürəl, siyasi, iqtisadi dəyərlər artıq cazibədar görünmür:

“Bu səbəbdən də, hətta Rusiya ilə tarixi bağları olan dövlətlər və xalqlar belə daha cazib ittifaqlara istiqamətlənirlər. Son vaxtlar fəallaşan və yeni formatlarla zənginləşən Türk Dövlətlər Təşkilatı ( TDT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) məhz belə qurumlardandır və daha cazib görünürlər. Rusiya bir çox sahədə rəqabəti uduzur ki, bu da ruslarda ciddi narahatlıq yaradır. RF Xİ naziri S.Lavrovun Xəzər Şurası təklifi ilə çıxış etməsi əslində TDT- na alternativ yaratmaq cəhdindən başqa bir şey deyil. Bu yaxınlarda MHP lideri D.Bahçelinin TÇ başkanı R.T.Erdoğana hədiyyə etdiyi və türk millətinin yaşadığı coğrafiyanı göstərən xəritə ruslarda bu qədər qorxu yaradıbsa, həyəcanın səbəbini anlamaq çətin deyil”.

F.Məhərrəmli qeyd edib ki, qəhrəman ordumuzun 44 günlük savaşda qazandığı parlaq qələbə, yaxın vaxtlarda açılmasını gözlədiyimiz Zəngəzur koridoru da həm TDT-nın, həm də İƏT-nın önəmini,əhəmiyyətini daha da artıracaq.

“Aşqabadda keçiriləcək zirvə görüşündə Xəzər şurasının yaradılması müzakirə olunsa da, hətta yaradılması razılaşdırılsa belə fəaliyyətsiz bir qurum olaraq qalacaq”.

//Gülnarə Abasova, Editor.az