Rusiyanın Bryansk şəhəri üzərində helikopter vuruldubackend

Rusiyanın Bryansk şəhəri üzərində helikopter vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ilə sərhəddən təxminən 50 km aralıda yerləşən Bryansk vilayətinin Klintsı şəhərində helikopter qəzaya uğrayıb.

Editor.az bildirir ki, bu barədə yerli ictimaiyyət sosial şəbəkələrdə məlumat yayıb. Məlumata görə, əvvəlcə helikopter uçdu, sonra güclü partlayış oldu”, – yerli teleqram kanalı “Overheard Klintsy” xəbər verir. Hadisə şahidlərinin sözlərinə görə, helikopter uzun müddət şəhərin üzərində dövrə vurub, daha sonra özəl sektorda yerləşən evin üzərinə düşüb.

Hadisə yerindən yayımlanan videoya əsasən, helikopterin hava hücumundan müdafiə qüvvələri tərəfindən raketlə vurulması nəticəsində partladığını güman etmək olar. Rəsmi xidmətlər hələlik yalnız qəza faktını təsdiqləyiblər.

  //Samir Qurbanov,Editor.az