“Rusiyanın bu açıqlaması qəbuledilməzdir”- AÇIQLAMAbackend

“Rusiyanın bu açıqlaması qəbuledilməzdir”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, Rusiyanın ənənəvi olaraq istifadə etdiyi ritorikadır. Sülh prosesinə mane olmaqda gah Brüsseli, gah da Vaşinqtonu günahlandırır. Rəsmi Moskvanı isə yeganə sülh vasitəçisi kimi qələmə verirlər. Bildirirlər ki, bu münasibət yalnız Ermənistan, Rusiya və Azərbaycan arasında nizamnalana bilər. Lakin yekun nəticə hələ də görünmür”.

Bunu Editor.az-a politoloq Turab Rzayev Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxışı zamanı Qərbi və ABŞ-ı “Dağlıq Qarabağ” ətrafındakı vəziyyətə müdaxilə etməkdə və Rusiyanı bölgədən sıxışdırmaqda günahlandırdığı ilə bağlı iddiasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəsmi Moskvanın Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edərək verdiyi açıqlamalar ölkəmiz tərəfindən qəbul edilə bilməz:

“Dəfələlərlə həmin məsələ ilə bağlı öz etirazımızı bildirmişik. Lakin qarşılığında yenədə antiAzərbaycan açıqlamalarına şahid oluruq. Ərazilərimizin adı erməni toponimləri ilə göstərilir, “Dağlıq Qarabağ” ifadəsi səsləndirilir ki, bunlar bizim üçün qəbuledilməzdir. Görünən odur ki, rəsmi Moskva Qarabağdakı separatçı rejimin qalıqlarını yaşatmağa maraqlıdır. Artıq erməni Qarabağ ideası bitib, Rusiya- Qarabağ ideyası başlayıb. Rəsmi Moskva bunu yenidən gündəmə gətirməyə çalışır. Orada rus dilinin dövlət dili olması, Rusiya nazirliklərinin şöbələrinin açılması və s. kimi amillər göstərir ki, yeni bir Krım formalaşdırmağa çalışırlar. Azərbaycan isə güclü müqavimət göstərərək onların bu istəklərinin reallaşmasına imkan verməyəcək”.

//Safura Bənnayeva, Editor.az