Seulda avtomobil Rusiyanın Cənubi Koreyadakı səfirliyinin qarşısındakı təhlükəsizlik postuna çırpılıb.
Editor.az “Yonhap”a istinadən xəbər verir ki, nəticədə bir polis yaralanıb.
Qəza yanvarın 28-də yerli vaxtla saat 22:10-da baş verib. Zərərçəkmiş boyun və çiyin nahiyəsindən xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Sürücü ayıq olub. Polis hadisənin səbəblərini araşdırır.
//Samir Qurbanov, Editor.az

