Rusiyanın daha bir neçə kütləvi hücum üçün raket ehtiyatı varbackend

Rusiyanın daha bir neçə kütləvi hücum üçün raket ehtiyatı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya son həftələrdə bahalı dəqiq ballistik raketlərdən istifadə edərək Ukrayna elektrik stansiyalarına aktiv şəkildə hücum edir.

Ukraynanın isə onları vura bilən bir neçə “Patriot” hava hücumundan müdafiə sistemi var.

Editor.az xəbər verir ki, bu brədə “Financial Times” yazıb. Ukrayna hərbi kəşfiyyatının nümayəndəsi Andrey Çernyakın sözlərinə görə, Rusiyanın yaxın həftələrdə daha bir və ya iki böyük hücum üçün kifayət qədər raketləri var: “Biz qışın əvvəlində hücum gözləyirdik, lakin indi görürük ki, onların istifadə etdiyi raketlər yenicə istehsal edilib”, – Çernyak bildirib.

Bununla belə, o, Rusiyanın hələ də çoxlu sayda pilotsuz təyyarələrdən, lakin enerji sisteminin digər hissələrini, məsələn, transformatorları hədəf almaq üçün daha ucuz yol kimi istifadə etdiyini söylədi.

//Samir Qurbanov, Editor.az