Rusiyanın daha bir neft emalı zavodu sıradan çıxarıldıbackend

Rusiyanın daha bir neft emalı zavodu sıradan çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 16-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Saratov Neft Emalı Zavoduna zərbələr endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti Telegram-da məlumat yayıb. Açıqlamada deyilir ki, Saratov Neft Emalı Zavodu “Rusiyanın ən qədim neft emalı zavodlarından biridir”. 2023-cü ilə kimi onun neft emalı gücü 4,8 milyon ton təşkil edib. Zavod Rusiya Silahlı Qüvvələrinin ehtiyaclarının ödənilməsinə cəlb olunub.

Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının hərbi-sənaye bazasının kritik elementlərini onun təcavüzünü davam etdirmək imkanından məhrum etmək üçün ardıcıl olaraq silsilə tədbirlər həyata keçirir”, – mətbuat xidməti bildirir.

//Samir Qurbanov, Editor.az